• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Parlament dövlət büdcəsini QƏBUL ETDİ

SİYASƏT

09 Dekabr 2025 | 11:19 | Müəllif: Əli Hüseynov

Parlament dövlət büdcəsini QƏBUL ETDİ

Milli Məclis "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, parlamentin bu günkü plenar iclasında müzakirə edilən layihə üçüncü oxunuşda təsdiqlənib.

Layihəyə əsasən, gələn il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat, xərclərinin isə 41 milyard 703,6 milyon manat olması gözlənilir ki, bu da 2025-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən hər ikisinin 0,7 % artması deməkdir. Nəticədə dövlət büdcəsində 3 milyard 94,6 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 1,4 % çoxdur.

2026-cı ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 44 milyard 969,4 milyon manat, xərclərinin isə 48 milyard 839,3 milyon manat səviyyəsində olması proqnozlaşdırılır. Bu göstəricilər 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 2,3 % və 2,5 % yüksəkdir. Nəticədə icmal büdcədə 3 milyard 869,3 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 5,2 % çox deməkdir.

Büdcə hesablanarkən neftin 1 barelinin qiyməti 65 ABŞ dolları götürülüb.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026