• Bakı 9° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Dövlət İmtahan Mərkəzində memorandumu imzalanıb

CƏMİYYƏT

01 Sentyabr 2022 | 10:48

Dövlət İmtahan Mərkəzində memorandumu imzalanıb

Bu gün Dövlət İmtahan Mərkəzində (DİM) və “LANDAU School” Tədris Kompleksi arasında Anlaşma Memorandumunun imzalanmasına həsr olunan tədbir keçirilib. 

Bakıvaxtı.az xəbər verir ki, tədbirə gələn qonaqlar əvvəlcə DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar.

Daha sonra “Abituriyent” jurnalı redaksiyası tərəfindən “LANDAU School” Tədris Kompleksi üçün tərtib edilən elmi-metodiki vəsaitlərin sərgisinə baxış keçirilib.

Qeyd edək ki, vəsaitlər riyaziyyat, fizika, tarix, coğrafiya, kimya, biologiya, ədəbiyyat, ingilis dili fənləri üzrə həm Azərbaycan, həm də rus dillərində tərtib edilib. Tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Vətənimizin müstəqilliyi və azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilk olaraq DİM və “LANDAU School” Tədris Kompleksi arasındakı əməkdaşlığın istiqamətlərinə toxunub və təhsilin keyfiyyətinin artırılmasının vacibliyini qeyd edib. Sədr çıxış zamanı bu növ əməkdaşlığın Azərbaycan gəncliyinin sağlam psixoloji təməl üzrərində savadlılığının artırılmasına töhfə verdiyini vurğulayıb və DİM tərəfindən peşə yönümünün müəyyən edilməsi, azyaşlı uşaqların ibtidai təhsilə psixoloji hazırlıq səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi üçün təşkil olunan konsultasiyaların mühüm rolundan danışıb.

Tədbirin sonunda DİM ilə “LANDAU School” arasında Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumuna əsasən, tərəflər “LANDAU School”un 9-11-ci sinif şagirdləri üçün elmi-metodiki vəsaitlərin hazırlanması, müvafiq elmi-metodiki vəsaitlər əsasında təhsilalanların biliyinin yoxlanılması, elmi-metodiki vəsaitlərin təkmilləşdirilməsi və effektivliyin təmin olunması məqsədilə Böyük Summativ Qiymətləndirmənin təşkil edilməsi, BSQ nəticələrinin təhlili əsasında müvafiq tövsiyə hesabatlarının hazırlanması, həmçinin təhsilalanların psixoloji sağlamlığının qorunması, hmçinin ixtisas seçiminə dəstək verilməsi məqsədilə psixoloji xidmətlərin göstərilməsi istiqamətləri üzrə əməkdaşlıq edəcəklər.

Aytac Aslan 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026