• Bakı 9° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Hərbi patrullar  baş direktoru oğurladı

CƏMİYYƏT

01 Oktyabr 2022 | 09:55

Hərbi patrullar baş direktoru oğurladı

Rusiya hərbçiləri Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasının baş direktoru İqor Muraşovu oğurlayıb.

Bakıvaxtı.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Atom Enerjisi Agentliyinin prezidenti Petr Kotin məlumat verib.

O, Zaporojye AES-ə nəzarət edən Rusiya hərbçilərindən, eləcə də Ukraynanın bu nüvə obyektində qanunsuz yerləşdirilən Rusiyanın “Rosatom” şirkətinin əməkdaşlarında stansiyanın rəhbərliyinə və şəxsi heyətinə qarşı nüvə terror aktlarını dayandırmağı, baş direktorun dərhal azad olunmasını, müəssisənin təhlükəsiz istismarını təmin etmək üçün öz vəzifəsinə geri qaytarılmasını tələb edib.

P.Kotin bildirib ki, sentyabrın 30-da İqor Muraşov Enerqodar yolunda Rusiyanın hərbi patrulları tərəfindən saxlanılıb: “Onlar Muraşovun avtomobilini saxlayıb gözlərini bağlayaraq məlum olmayan istiqamətə aparıblar”.

Ukrayna rəsmisi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossiyə, AES üzrə Ümümdünya Atom Təşkilatının rəhbəri Tom Mitçellə Muraşovun təcili azad olunması istiqamətində bütün mümkün tədbirləri görmək üçün müraciət edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026