• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Yaşıl yarpaqlı tərəvəzlər beynin cavanlığını qoruyur

CƏMİYYƏT

31 Oktyabr 2022 | 04:15 | Müəllif: Qalib İbrahimoğlu

Yaşıl yarpaqlı tərəvəzlər beynin cavanlığını qoruyur

Yaşıl yarpaqlı tərəvəzlər beynin cavanlığını qorumaq üçün çox faydalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu həkim Debora Li “Express” nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə,  bu tərəvəzlərdən gündə ən azı bir porsiya yemək yaşla əlaqədar idrak qabiliyyətinin zəifləməsini əhəmiyyətli dərəcədə yavaşladır.

Həkim pəhrizə ispanaq və kələm i daxil etməyi məsələtə görür: "Vitaminlər və antioksidantlarla zəngin olan bu tərəvəzlər beyninizi 11 il cavanlaşdıra bilər".

“Yeri gəlmişkən, "Neurology” jurnalında dərc olunan tədqiqat məlumatları yaşıl yarpaqlı tərəvəzlərin düşüncə proseslərinin sürətinin azalmasına güclü müsbət təsirini təsdiqləyir. ABelə ki, aimlər 58-99 yaşarası 960 könüllü haqqında məlumatları təhlil ediblər. Mütəxəssislər müəyyən ediblər ki, ən çox yarpaqlı göyərti yeyənlərdə koqnitiv funksiyaların geriləmə nisbətlərinin əhəmiyyətli dərəcədə aşağı olduğu müşahidə olunub. Xüsusilə, söhbət ispanaq, kələm, kahı, yarpaq kələmi (kale) kimi tərəvəzlərdən gedir.

Tədqiqatçılar yarpaqlı yaşıl tərəvəzlərin fol turşusu, B-karotin, filloxinonom və karotenoidlərlə (məsələn, lutein) zəngin olduğunu iddia ediblər. Alimlərin sözlərinə görə, karotenoidlərin istifadəsi beynin periventrikulyar ağ maddəsində daha az ciddi dəyişikliklərlə əlaqələndirilir və xüsusilə lutein sinir sisteminin iltihabının qarşısını alır. Bu maddələr sayəsində həm beynin fəaliyyəti yaxşılaşır, həm də degenerativ vəziyyətlərin inkişaf ehtimalı azalır.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR