“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azəralüminium” MMC işçilərin gündəlik yeməklə təmin edilmə xidmətinin satınalınması ilə bağlı keçirdiyi tenderə yekun vurub.
Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi “Seaport Catering” MMC olub.
Qalibə 872 min 256 manat ödənəcək.
Müqavilənin şərtlərinə görə, “Seaport Catering” sözügedən dövlət şirkətinin işçilərini bir il ərzində gündəlik yeməklə təmin etməlidir.
Ramid İbrahimov
















