• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

DSMF-nin gəlirləri və xərcləri 30 milyon manat artırılır - YENİLƏNİB

CƏMİYYƏT

07 Iyun 2024 | 12:29 | Müəllif: Qalib İbrahimoğlu

DSMF-nin gəlirləri və xərcləri 30 milyon manat artırılır - YENİLƏNİB

Parlament “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, qanun layihəsini Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib. 

Sənədə əsasən, Fondun xərcləri 30,0 milyon manat və ya 0,4 faiz artırılaraq 6949,9 milyon manata çatdırılıb. Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin (transfert) məbləği 160,0 milyon manat azaldılaraq 1232,0 milyon manat təşkil edəcək.

***

11:44

“Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, qanun layihəsini Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edir. 

Sənədə əsasən, Fondun xərcləri 30,0 milyon manat və ya 0,4 faiz artırılaraq 6949,9 milyon manata çatdırılıb. Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin (transfert) məbləği 160,0 milyon manat azaldılaraq 1232,0 milyon manat təşkil edəcək.

Günel Abbas


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026