• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

DTX rəisi Türkiyəyə başsağlığı verdi

SİYASƏT

05 Mart 2021 | 15:23

DTX rəisi Türkiyəyə başsağlığı verdi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akara, Baş Qərargah rəisi ordu generalı cənab Yaşar Gülerə və Milli İstihbarat Təşkilatının rəhbəri cənab Hakan Fidana başsağlığı ünvanlayıb.

Bakıvaxtı.az DTX-nin saytına istinadən xəbər verir ki, başsağlığında bildirilir:

"Qardaş Türkiyə Respublikasının Quru Qoşunlarına məxsus hərbi helikopterin Bitlisdə qəzaya uğraması nəticəsində Elazığ 8-ci ordu korpusunun komandiri korpus generalı Osman Erbaşın, digər yüksək rütbəli hərbi qulluqçuların həlak olması və yaralanması, Şırnak bölgəsində hərbi avtomaşının aşması nəticəsində on bir hərbi qulluqçunun xəsarət alması xəbəri bizi dərindən kədərləndirdi.

Şəhid olanlara Allahdan rəhmət diləyir, ailələrinə dərin hüznlə başsağlığı verir və onların dərdlərinə şərik olduğumuzu bildiririk. Bütün yaralılara tezliklə sağalmaları üçün şəfa arzulayırıq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026