• Bakı 16° C

    7.98 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

DTX tərəfindən saxlanılan icra başçısının köməkçisi DANIŞDI

CƏMİYYƏT

31 Oktyabr 2025 | 12:59

DTX tərəfindən saxlanılan icra başçısının köməkçisi DANIŞDI

Dünən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Əməliyyat zamanı korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilirdi.

Bakıvaxtı.az xəbər verir ki, "Yeni Sabah" məsələ ilə bağlı Balakən Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Aydın Xoçbərovla əlaqə saxlayıb.

İcra hakimiyyətinin nümayəndəsi bildirib ki, icra başçısının müavini, köməkçiləri və rayonun baş memarının saxlanması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Onun sözlərinə görə, sözügedən əməkdaşların hər biri hazırda iş başındadır.

Aydın Xoçbərov həmçinin qeyd edib ki, Balakən Rayon İcra Hakimiyyətinə kimin başçılıq edəcəyi dövlət başçısının aidiyyəti məsələ ilə bağlı sərəncamından sonra məlum olacaq.


SON XƏBƏRLƏR