• Bakı 21° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Dünyada COVID-19-a yoluxma sayı azalır - ÜST

CƏMİYYƏT

13 Aprel 2022 | 08:41 | Müəllif: Qalib İbrahimoğlu

Dünyada COVID-19-a yoluxma sayı azalır - ÜST

Son bir həftə ərzində dünyada 7 milyondan çox insan koronavirus infeksiyasına yoluxub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəli icmalında öz əksini tapıb.

Qeyd olunur ki, bundan öncəki həftəyə nisbətən yoluxanların sayı isə 24 faiz azalıb.

Son 7 gündə koronavirus qurbanlarının sayı isə 22 mindən çox olub. Bundan öncəki həftəyə nisbətən virusdan ölənlərin sayının 18 faiz azaldığı qeyd olunur.

Ümumilikdə həftə ərzində 7 221 651 nəfər koronavirusa yoluxub, 22 336 nəfər vəfat edib.

Ən çox yuluxma halı Cənubi Koreyada (1 459 454 nəfər), ən çox ölüm halı isə ABŞ-da (3 682 nəfər)  qeydə alınıb.

"Koronavirusun "omikron" ştamı hələ də dünyada yoluxuculuq göstəricilərinə görə mütləq üstünlük təşkil edir. Belə ki, yoluxanların 99,2 faizində məh bu ştam aşkarlanıb", - deyə ÜST-ün məlumatında bildirilir.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR