• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sumqayıtda 25 yaşlı qadın öldürülüb

CƏMİYYƏT

12 May 2022 | 22:47 | Müəllif: Subhan Mahmudov

Sumqayıtda 25 yaşlı qadın öldürülüb

Sumqayıtda 25 yaşlı qadın tanışı tərəfindən boğularaq öldürülüb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb.

Mənzillərdən birinə keçirilən baxış zamanı oradan qadın meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb edilib. Meyitə baxış zamanı onun boğularaq öldürüldüyü məlum olub. Öldürülən şəxsin 1997-ci il təvəllüdlü Ayşən Məhərrəmova olduğu müəyyən edilib. Qətli törədənin öldürülən şəxsin tanışı olduğu və saxlanıldığı bildirilir.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, 25 yaşlı qız həmin mənzildə kirayə yaşayırmış.

Faktıla bağlı araşdırma aparılır.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026