• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Dünyada ərzaq qıtlığı başlasa, vəziyyətimiz necə olacaq?

CƏMİYYƏT

19 Aprel 2022 | 14:17

Dünyada ərzaq qıtlığı başlasa, vəziyyətimiz necə olacaq?

İqtisadiyyatda bərpa prosesi ilə yanaşı, istehlak bazarında bahalaşmanın davam etməsi xüsusi diqqət və izahat tələb edir.

Xüsusilə, kənd təsərrüfatı məhsullarının qiymətindəki artım insanların narazılığına səbəb olur. İqtisadi ekspertlər bahalaşmanın olmasını xaricdən Azərbaycana ərzaq idxalı ilə əlaqələndirirlər.

Maraqlıdır, bəs dünyada ərzaq qıtlığı olsa, Azərbaycanda vəziyyət necə olacaq?

“Ağ” Partiyasının sədri Tural Abbaslı Bakıvaxtı.az-a bildirib ki, hər bir ölkənin ərzaq təhlükəsizliyi konsepsiyası olmalıdır:

“Amma təəssüflə qeyd etməliyik ki, Azərbaycanda ərzaq təhlükəsizliyi anlayışı inkişaf etməyib. Bir anlıq düşünün, qıtlıq daha çox pandemiyanın başladığı mart ayında var idi. Ölkələr bir-birindən maskaları belə oğurlayırdı. Çünki qeyri-adekvat zaman idi və insanlar nə edəcəklərini bilmirdilər. İndi düşünün ki, dünyada ərzaq qıtlığı var və heç biri Azərbaycana ərzaq idxal eləmir. O zaman bizim vəziyyətimiz necə olacaq?! Ona görə də hər bir ölkə öz ərzaq təhlükəsizliyini təmin etməlidir”.

Partiya sədri qeyd edib ki, bu istiqamətdə hesablamalar aparmaq lazımdır:

“Artıq qarğıdalı, taxıl, günəbaxan və digər kənd təsərrüfatı məhsullarının əkini ilə bağlı hesablama aparmaq lazımdır. Bunlar hamısı zamanında hesablanmış şeylərdir və dünya praktikasında da var. Yəni, bunu etmək elə də çətin bir iş deyil. Sadəcə olaraq, buna vaxt ayırmaq lazımdır. Azərbaycandakı kənd təsərrüfatı sahəsinə baxın. 3-5 oliqarxdan başqa, heç kim öz məhsulunu əkib-becərib, gübrələyib, normal qiymətə sata bilmirsə, ölkənin ərzaq təhlükəsizliyinə necə töhfə vermiş olacaq?!”

T. Abbaslı bildirib ki, taxıl məhsulları bizə Rusiyadan idxal olunur və hazırkı Rusiya-Ukrayna müharibəsi fonunda bizim vəziyyətimiz çətindir:

“Bu gərginlik fonunda bəs kənd təsərrüfatı nazirinin bir fikrini, bəyanatını eşitmisinizmi? Sanki nazir bütün proseslərdən kənardadır və deyir ki, bizə aidiyyatı yoxdur. Bu boşluq müzakirə olunmalıdır və problem aradan qaldırılmalıdır”.

Nuranə Daxilqızı  

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026