• Bakı 18° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Dürdanə Əliyevaya güzəşt olmadı

CƏMİYYƏT

27 Fevral 2025 | 13:00

Dürdanə Əliyevaya güzəşt olmadı

Bakı Slavyan Universitetinin korrupsiya cinayətlərində təqsirli bilinərək məhkum edilmiş şöbə müdiri Dürdanə Əliyevanın kassasiya şikayətinə baxılıb.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Ali Məhkəmə D.Əliyeva barəsində son qərarını açıqlayıb.

Məhkəmə xanım müttəhimin cinayətinə münasibətdə çıxarılmış əvvəlki qərarı qanunauyğun hesab edib. Bu əsasla hər hansı güzəşt tətbiq edilməyib. 

Yekun qərarla Dürdanə Əliyeva haqda 6 il həbs cəzası qüvvədə saxlanılıb.

Qeyd edək ki, D.Əliyeva BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri olduğu vaxtlarda mənimsəmə və rüşvət alma yolu ilə 226 min manat ələ keçirməkdə ittiham edilib. Amma o, tələbələrdən aldığı pulları rektor Nurlana Əliyevaya verdiyini deyib. Rektor məhkəmədəki ifadəsində ittihamı təkzib edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026