"Telegram"ın həmtəsisçisi Pavel Durov amerikalı mühafizəkar fəal Çarli Kirkin qətlində Fransanın əli olduğunu bildirib.
Bakıvaxtı.az xəbər verir ki, o bu şərhi amerikalı jurnalist Kandeys Ovinsin Kirkin qatili ilə bağlı məlumatları ifşa edən məqaləsinə münasibət bildirərkən deyib.
"Çarli Kirkin indiyə qədər Makron Fransası haqqında söylədiyi hər şeyi nəzərdən keçirərək, Kandeysin Fransanın onun ölümündə iştirakı ilə bağlı məlumatını tamamilə inandırıcı hesab edirəm", - Durov "X"də yazıb.
Bundan əvvəl amerikalı jurnalist Kandeys Ovins "X"də Fransanın yüksək rütbəli hökumət rəsmisi ilə əlaqə saxladığını bildirmişdi. Bu şəxs ona Çarli Kirkin qatilinin çoxmillətli bir təşkilat olan Fransız legionunun 13-cü briqadasında təlim keçdiyini bildirmişdi.
Bakı 



