• Bakı 29° C

    4.13 m/s

  • USD - 1.7

    EUR - 1.8509

    RUB - 0.0193

DYP küləkli hava ilə əlaqədar MÜRACİƏT ETDİ

CƏMİYYƏT

21 Iyun 2024 | 16:01

DYP küləkli hava ilə əlaqədar MÜRACİƏT ETDİ

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bölgələrdə küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

İdarədən Bakıvaxtı.az-a verilən məlumata görə, müraciətdə deyilir:

    "Hazırda bölgələrdə müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar sürücülərdən, hərəkət iştirakçılarından yollarda xoşagəlməz hallarnan qarşılaşmamaq üçün yol nəqliyyat hadisələrinin baş verməməsi üçün yol hərəkəti qaydalarına ciddi yanaşmağı, ara məsafəsini normada saxlamağı, meteoroloji şəraitə uyğun sürət həddi seçməli, eləcə də nəqliyyat vasitələrini parklayarkən ağacların, iri həcmli reklam lövhələrinin, habelə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar.

    Bununla yanaşı, güclü küləyin əsməsini nəzərə alaraq, piyadalar da yollarda və küçələrdə təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etsinlər, əsasən də hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər.

    Bütün hərəkət iştirakçılarına həyat və sağlamlıqlarının qorunması, həmçinin avtomobillərinə hər hansı ziyan dəyməməsi üçün son dərəcə diqqətli və ehtiyatlı olmaq tövsiyə edilir".


    SON XƏBƏRLƏR