• Bakı 22° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

EEVZA: Azərbaycan millisi növbəti oyunda da məğlub olub

İDMAN

07 Dekabr 2023 | 13:32

EEVZA: Azərbaycan millisi növbəti oyunda da məğlub olub

18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, Cəlil Baxtiozinin baş məşqçisi olduğu komanda üçüncü matçında latviyalı həmyaşıdları ilə üz-üzə gəlib.

Qarşılaşma yığmamızın məğlubiyyəti ilə bitib - 0:3 (19:25, 14:25, 17:25). Komanda Polşa və Ukraynaya da eyni hesabla uduzmuşdu.

Azərbaycan millisi dekabrın 8-də Estoniya, 9-da Gürcüstanla görüşəcək. Turnirin qalibi AVRO-2024-ün final mərhələsində oynamaq hüququ qazanacaq.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024