“Oğlu ilə toya gedənlərə yaxşı baxmıram”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Əflatun Qubadov “7 tamam” verilişində deyib.
Oğlu Həbibi Qubadzadədən danışan ifaçı övladı ilə toya gedən həmkarlarına da söz atıb: “Həbibinin gözəl istedadı var. Bir çox mahnılarımın bəstəkarı odur. Onun öz janrı var. Öz axarına buraxmışam”.
Onun sözlərinə görə, bəzi şeylər var ki, ata-oğul arasında olmamalıdır: “Diqqətli olmalıyıq. Mən oğlu ilə toya gedənlərə yaxşı baxmıram. Ola bilər ki, kimsə gedir. Toydur da, toyda içirlər də, içki məclisi olur… Nə bilim, olur da bəzi şeylər…”
Qeyd edək ki, son zamanlar övladı ilə toya gedən sənətçilər sırasında Əlikram Bayramov öz aktuallığını saxlayır. Sənətçi oğlu Qalib Bayramovla məclislər idarə edir.
Ziyafət Əlisoy
















