• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Əfqanıstanda "Taliban"ın daha 303 silahlısı məhv edilib

DÜNYA

05 Avqust 2021 | 11:52

Əfqanıstanda "Taliban"ın daha 303 silahlısı məhv edilib

Əfqanıstanın Silahlı Qüvvələri Gilmend əyalətinin Leşgərgah şəhərinin “Taliban” qruplaşmasından təmizlənməsi üçün əməliyyata başlayıb.

Bakıvaxtı.az “Sputnik Afqanistan”a istinadən xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.

Son sutka ərzində hərbçilərlə “Taliban” arasında gedən döyüşlər nəticəsində qruplaşmanın 303 silahlı zərərsizləşdirilib, 125-i yaralanıb.

Bildirilib ki, “Taliban” silahlıları Nanqarhar, Laqman, Qəznə, Paktikə, Qəndəhar, Zabul, Herat, Cauzcan, Samanqan,Fəraib, Sarı-e- Poli, Gilmənd, Nimroz,Kunduz, Baqlan və Kapis əyalətlərində gedən döyüşlərdə məhv ediliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026