• Bakı 23° C

    5.56 m/s

  • USD - 1.7

    EUR - 1.7985

    RUB - 0.0175

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ARTDI

İQTİSADİYYAT

29 May 2023 | 14:53

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ARTDI

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,9 faiz artaraq 3 milyard 504,0 milyon manat olub.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 639,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,3 faizini təşkil edib.

Cari ilin yanvar-aprel aylarında hər bir ölkə sakini orta hesabla 345,7 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 63,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.


SON XƏBƏRLƏR

01 Oktyabr 2023