• Bakı 11° C

    11.07 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.2092

Əhmədovun baş həkim təyin olunan oğlunun özəl klinikası da var

CƏMİYYƏT

16 Fevral 2026 | 16:20

Əhmədovun baş həkim təyin olunan oğlunun özəl klinikası da var

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədovun oğlu Fikrət Əhmədov Nizami Tibb Mərkəzinə baş həkim təyin edilib.

Bakıvaxtı.az-ın Unikal-a istinadən məlumatına görə, F.Əhmədov dövlət xəstəxanasında baş həkim olmaqla yanaşı, özünə məxsus klinikada da direktor vəzifəsini tutur.

Belə ki, o, Binəqədi rayonunda yerləşən özəl, nizamnamə kapitalı 700 min 100 azn olan “Megapol” klinikasının sahibidir. Dövlət Vergi Xidmətinin rəsmi məlumatlarına əsasən, Fikrət Əli oğlu Əhmədov “Megapol Sağlamlıq Mərkəzi” MMC-nin direktoru və qanuni təmsilçisidir. 

Onu da qeyd edək ki, F.Əhmədov 2014-cü ildən etibarən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında həkim uroloq və Urologiya şöbəsinin müdiri vəzifələrində çalışır.


SON XƏBƏRLƏR