• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Əilliyi olan 1100-ə yaxın şəxs ippoterapiya xidmətlərinə cəlb olunub

CƏMİYYƏT

06 Fevral 2024 | 16:22 | Müəllif: Qalib İbrahimoğlu

Əilliyi olan 1100-ə yaxın şəxs ippoterapiya xidmətlərinə cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində son illər tətbiq olunan yeni üsullardan biri kimi, 2022-ci ildən ippoterapiya (atlarla terapiya) xidmətlərinə də başlanıb.

Bakıvaxtı.az xəbər verir ki, agentlik və “Baku GoldenHorse Therapeutic and Educational Center” atçılıq mərkəzinin birgə təşkil etdiyi ippoterapiya 6 reabilitasiya mərkəzində müalicə alan şəxslər üçün təşkil olunur.

Ötən dövrdə  əlilliyi olan 1100-ə yaxın şəxs ippoterapiya xidmətlərinə cəlb edilib.

Həftədə bir dəfə keçirilən ippoterapiyada əsas məqsəd at üzərində hərəkət etməklə, bədən əzələlərinin aktivliyini artırmaqdır.

Beynəxalq təcrübəyə əsaslanan bu terapiya üsulu eyni zamanda əlilliyi olan şəxslərin ümumi əhval-ruhiyyəsinin yüksəldilməsinə, autizm spektr pozuntusu, daun sindromu, serebral iflic, nitq qüsurları və s. olan uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiyasına müsbət  təsir göstərir.


Əilliyi olan 1100-ə yaxın şəxs ippoterapiya xidmətlərinə cəlb olunubƏilliyi olan 1100-ə yaxın şəxs ippoterapiya xidmətlərinə cəlb olunubƏilliyi olan 1100-ə yaxın şəxs ippoterapiya xidmətlərinə cəlb olunub
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026