• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Əlahiddə Ordunun bölmələrində məşğələlər keçirildi

CƏMİYYƏT

09 May 2023 | 18:20 | Müəllif: Subhan Mahmudov

Əlahiddə Ordunun bölmələrində məşğələlər keçirildi

Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində bütün növ silah və texnikalara mövsümə uyğun düzgün texniki qulluğun göstərilməsi ilə bağlı məşğələ keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, məşğələ zamanı bölmələrin döyüş gücünü artırmaq məqsədilə hər bir silah və hərbi texnikadan düzgün istismar qaydalarına əməl olunmasının və onların texniki sazlığının qorunmasının vacibliyi diqqətə çatdırılıb.

Məşğələdə silah və texnikanın fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə mövsümü tələblərə uyğun olaraq hissə və mexnizmlərin dəyişdirilməsi, hər növ texnikanın mövsümə uyğun istismar olunması ilə bağlı nəzəri dərslər keçirilib.

Nəzəri dərslərdən sonra atıcı silahlara, avtomobil və zirehli texnikalara, aviasiya və hava hücumundan müdafiə vasitələrinə, rabitə avadanlıqlarına və digər texnikalara texniki qulluğun göstərilməsi praktiki olaraq şəxsi heyətə öyrədilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR