“Elektron ədliyyə xidmətlərinin genişləndirilməsi, smart konsepsiayalar əsasında idaretmənin optimallaşdırılması və vətəndaş məmnunluğunun artırılması ədliyyənin inkişaf strategiyasının prioritet istiqamətlərindəndir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Rəqəmsal ədliyyə yenilikləri” adlı tədbirdə ədliyyə nazirinin müavini Eldar Nuriyev bildirib.
Onun sözlərinə görə, bu strategiyaya uyğun olaraq 2022-ci ildə Ədliyyə Nazirliyi yeni innovasiyaların tətbiqinə imza atılıb.
“İctimaiyyətdə rəğbətlə qarşılanan, istifadəçi sayına görə artıq 400 mindən çox olan Ədliyyə Nazirliyinin “Mobil notariat” tətbiqində təqdim olunan xidmətlərin çeşidi genişləndirilmiş və dairəsinə əməliyyatın proseduru baxımından daha mürəkkəb notariat hərəkətləri, o cümlədən: - daşınmaz əmlaka sərəcənam verilməsinə dair etibarnamələrin verilməsi, - artıq iki tərəfin iştirakını nəzərdə tutan kirayə müqavilələrinin bağlanması xidmətləri daxil edilib”, - deyə nazir müavini bildirib.
Ramid İbrahimov
















