• Bakı 19° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Əli Əsədov Edi Rama ilə görüşdü

SİYASƏT

14 Aprel 2022 | 22:32 | Müəllif: Subhan Mahmudov

Əli Əsədov Edi Rama ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 14-də ölkəmizdə rəsmi səfərdə olan Albaniya Respublikasının Baş naziri Edi Rama ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib. Albaniya Baş nazirinin səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Enerji sahəsində əməkdaşlığın Azərbaycan-Albaniya əlaqələrinin əsas istiqamətlərindən birini təşkil etdiyi bildirilərək Cənub Qaz Dəhlizi layihəsinin birgə həyata keçirilməsinin önəmi qeyd edilib.

Görüşdə iki ölkə arasında siyasi əlaqələrin möhkəmləndirilməsi, əməkdaşlığın iqtisadi, ticari, enerji, sərmayə qoyuluşu, turizm və digər sahələrdə genişləndirilməsi perspektivləri ilə bağlı məsələlər geniş müzakirə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026