• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

TƏBİB-dən Elnur Valehin  ölümü ilə bağlı açıqlama: “Yaxınlarının təkidi ilə…”

CƏMİYYƏT

09 Iyul 2024 | 09:54

TƏBİB-dən Elnur Valehin ölümü ilə bağlı açıqlama: “Yaxınlarının təkidi ilə…”

05.07.2024-cü il tarixində saat 04:54 radələrində Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Elnur Əskərov dəqiqləşdirilməmiş koma, hemorragik insult diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, xəstəyə zəruri ilkin tibbi xidmətlər göstərilib, instrumental müayinələr aparılıb, xəstənin vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsinə yerləşdirilib.

09.07.2024-cü il tarixində gecə saatlarında yaxınlarının təkidi ilə E.Əskərov Bakı şəhərində yerləşən özəl klinikalardan birinin təcili tibbi yardım avtomobili ilə təxliyə olunarkən yolda vəfat edib. 

Qeyd edək ki, E.Əskərov 16 il müddətində şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkib, dializ müalicəsi alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR