Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcovla vida mərasimi 2 avqust saat 11- də Təzəpir məscidində olacaq.
Bu barədə Bakıvaxtı.az-a İttifaqdan məlumat verilib.
Qeyd olunub ki, mərhumun cənazəsi "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.
21:20
Mədəniyyət Nazirliyi Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcovun vəfatı ilə bağlı nekroloq yayıb.
Nekroloqda deyilir:
"Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov vəfat edib.
Azərbaycan Mədəniyyət Nazirliyi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!"
19:07
Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Kinematoqrafçılar İttifaqınından məlumat verilib.

















