• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Əməliyyatlarımızı gözdən salmağa çalışırlar"- Akar

DÜNYA

09 Iyul 2022 | 13:18 | Müəllif: Subhan Mahmudov

"Əməliyyatlarımızı gözdən salmağa çalışırlar"- Akar

Türkiyə dövlətinin terrorla mübarizəsi davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda qəhrəmancasına mübarizəmizin son terrorçu zərərsizləşdirilənə qədər davam edəcəyinə heç kim şübhə etməməlidir:

“Bizim üçün terrorçunun fərqi yoxdur - istər PKK/YPG/PYD, istər İŞİD, istərsə də FETÖ olsun. Mübarizəmizi qəhrəmanca davam etdirəcəyik”.

Nazir qeyd edib ki, Türkiyə Cümhuriyyəti tarix boyu heç bir etnik, məzhəb və dini qrupla mübarizə aparmayıb:

“Bəzi qruplar Türkiyə ordusunun əməliyyatlarını gözdən salmağa çalışır. Elə fikir formalaşdırırlar ki, guya terror təşkilatı PKK kürd qardaşlarımızı təmsil edir. Bizim tək hədəfimiz terrorçulardır”.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026