• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Emin Mahmudovun son durumu müəyyənləşib

İDMAN

05 Mart 2024 | 11:30

Emin Mahmudovun son durumu müəyyənləşib

Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ”la oyunda zədələnən “Neftçi”nin futbolçusu Emin Mahmudovun durumu müəyyənləşib.

Paytaxt klubunun mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, 31 yaşlı yarımmüdafiəçinin aşağı daban oynağında gərilmə aşkarlanıb.

Komandanın kapitanı bugünkü məşqdə iştirak etməyəcək. Martın 6-da isə yenidən müayinədən keçəcək. Onun zədəsi yalnız müayinənin ardından bilinəcək.

Qeyd edək ki, “Qarabağ”la görüşün 1-ci dəqiqəsində rəqibin yarımmüdafiəçisi Marko Yankoviçin müdaxiləsindən sonra Emin Mahmudov ayağından xəsarət alıb. Azərbaycan millisinin üzvü görüşün 51-ci dəqiqəsində əvəzlənib. Qarşılaşma “Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026