• Bakı 17° C

    10.15 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Ən böyük dəniz sürünənləri iki avtobus ölçüsündə olub

CƏMİYYƏT

18 Aprel 2024 | 10:44

Ən böyük dəniz sürünənləri iki avtobus ölçüsündə olub

Tarixdə dənizlərdə üzən ən böyük dəniz sürünənləri, təxminən. iki avtobus ölçüsündə ixtiozavrlar olub.

Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu alimlər araşdırmalar nəticəsində müəyyən ediblər.

Məlumata görə, məxluq təxminən 202 milyon il əvvəl dinozavrlarla yanaşı yaşayıb.

Fosilləşmiş çənə sümüyü 2016-cı ildə İngiltərənin Somerset şəhərindəki çimərlikdə bir fosil ovçusu tərəfindən tapılıb. 2020-ci ildə ata və qızı daha bir oxşar çənə sümüyü tapdılar.

Mütəxəssislər fosillərin uzunluğu 25 metr olan iki nəhəng iktiozavr sürünənlərinə aid olduğunu bildiriblər.

O, kəlləsi Dorset qayalıqlarında basdırılmış vəziyyətdə tapılan və David Attenborough-un Nəhəng Dəniz Canavarı sənədli filmində nümayiş olunan nəhəng pliozavrdan daha böyükdür.

Elmi məqaləni yazan Bristol Universitetinin paleontoloqu Dean Lomax "Çənə sümüklərinin ölçüsünə (biri bir metrdən çox, digəri isə iki metr uzunluğunda) əsaslanaraq, bütün heyvanın, təxminən, 25 metr uzunluğunda olduğunu, hətta mavi balina qədər olduğunu hesablaya bilərik" deyib.

Lakin o deyir ki, məxluqun tam ölçüsünü təsdiqləmək üçün tam kəllə və skelet kimi daha çox dəlil lazımdır, çünki indiyə qədər yalnız bir neçə parça tapılıb. Lomaks qeyd edib ki, nəhəng ixtiozavr kütləvi şəkildə yoxa çıxıb və ondan sonra yaşayan ixtiozavrlar bir daha nəhəng ölçülərə çatmayıb.

Ay Tac


SON XƏBƏRLƏR