Şəkidə kişi və həyat yoldaşı dəm qazından zəhərlənib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Şəki kəndində baş verib.
Kənd sakinləri olan 1988-ci il təvəllüdlü Zakir Vilayət oğlu Cəlolov və həyat yoldaşı 1986-cı il təvəllüdlü Rəsmiyyə Fərman qızı Cəlolova yaşadıqları ünvanda dəm qazından zəhərləniblər.
Hər iki şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Həkim müayinəsindən sonra onların vəziyyəti stabilləşib.
Faktla bağlı araşdırma aparılır. /APA













jpg-1683288966.webp)


