• Bakı 8° C

    1 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ərdoğan BƏƏ-yə gedir

DÜNYA

30 Noyabr 2023 | 08:43 | Müəllif: Qalib İbrahimoğlu

Ərdoğan BƏƏ-yə gedir

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Birləşmiş Ərəb Əmirliklərinə edəcək.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, səfərdə məqsəd Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransında iştirak etməkdir. O, sammit çərçivəsində bəzi liderlərlə də ikitərəfli görüşlər keçirəcək və Qəzzada son vəziyyəti dəyərləndirəcək.

Ərdoğan sammitdə iştirakçılara müraciət edəcək. O, çıxışında iqlim dəyişikliyinin dağıdıcı təsirləri ilə mübarizədə hər kəsin məsuliyyət daşıdığını vurğulayacaq. Bəyan edəcək ki, dünyanın və bəşəriyyətin gələcəyi üçün bütün ölkələrin bu məsələdə daha çox birgə işə ehtiyacı var.

O, Türkiyənin iqlim və ekoloji böhrana qarşı atdığı addımları və qarşıya qoyduğu hədəfləri də açıqlayacaq.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026