• Bakı 18° C

    3.18 m/s

  • USD - 1.7

    EUR - 2.0021

    RUB - 2.0531

Ərdoğan Naxçıvan səfərindən DANIŞDI

DÜNYA

26 Sentyabr 2023 | 20:54

Ərdoğan Naxçıvan səfərindən DANIŞDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyilə Ankarada ölkə kabinetinin toplantısı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, iclasdan sonra mətbuata açıqlamalar verən dövlət başçısı Naxçıvana səfərindən danışıb, Qarabağın Azərbaycan torpağı olduğunu bir daha xatırladıb.

“Dünən dövlətimizin banisi olan Mustafa Kamal Atatürkün “Türk dünyasının qapısı” adlandırdığı Naxçıvanda qardaşlarımızı ziyarət etdik. Səfərimiz strateji anlaşmalarla yanaşı, həm də mühüm mesajlar verdi. Doğma topraqlarını terrorçu ünsürlərdən təmizləyən müzəffər Azərbaycan Ordusunu bir daha təbrik edirəm. Ermənistanın bundan sonrakı inkişafı yalnız qonşuları ilə dinc münasibətlərindən asılıdır”, - deyə dövlət başçısı bəyan edib.

O, çıxışında Zərngəzur dəhlizinin əhəmiyyətini vurğulayaraq yeni infrastrukturun Azərbaycanla Türkiyə arasındakı qardaşlıq bağlarını daha da möhkəmləndirəcəyini qeyd edib.


SON XƏBƏRLƏR

16 Sentyabr 2025