Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Yelisey sarayı məlumat yayıb.
Qeyd olunub ki, türkiyəli liderlə görüşü zamanı Makron ölkəsinin Minsk Qrupu çərçivəsində Azərbaycan və Ermənistan arasındakı böhranda daimi siyasi həll yolu tapmaqda qərarlı olduğunu bildirilib.
Makronun Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün göstərilən səylərdən məmnunluğunu ifadə etdiyi vurğulanıb (apa) .Tərəflər Ukraynadakı vəziyyəti də müzakirə edərək, müharibədən yan keçməyin vacib olduğunu qeyd edib.
***
13:57
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında görüş başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, liderlərin müzakirəsi təxminən yarım saat davam edib.
***
12:36
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fransanın dövlət başçısı Emmanuel Makron arasında görüş başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, liderlər Belçikanın paytaxtı Bürüsseldə NATO sammiti çərçivəsində bir araya gəliblər.
Hazırda görüş davam edir.
















