• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Erməni hərbçilər "Qazprom"un avtomobililə daşınıb?

DÜNYA

20 Sentyabr 2022 | 12:30

Erməni hərbçilər "Qazprom"un avtomobililə daşınıb?

Ermənistan Azərbaycanla sərhəddə törətdiyi son hərbi təxribatlar zamanı orduya məxsus avtomobillərlə yanaşı, mülki şəxslərin və şirkətlərin maşınlarından da istifadə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “Hraparak” yayıb.

“Ölkə rəhbərliyi son hadisələr zamanı ölən hərbçilərin adlarını, tam siyahısını gizlətsə də, müharibə iştirakçılarının sözlərinə görə, onlar orduya məxsus avtomobillərdən istifadə etməklə yanaşı, yaralıların daşınması üçün “Qazprom” şirkətinə məxsus “UAZ” markalı avtomobildən də istifadə ediblər”, - deyə məlumatda qeyd olunub. 

Bildirilir ki, Ermənistan mediası “Qazprom Ermənistan”a məsələ ilə bağlı sorğu göndərib. Şirkət isə öz növbəsində sözügedən məlumatları təkzib edib. 

“Bizimlə rəsmi olaraq əlaqə saxlanılmayıb, bu səbəbdən də avtomobil göndərməmişik”, - deyə məlumatda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR