• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Erməni müğənnidən azərbaycanca PAYLAŞIM: “Dəstək olun…”

MƏDƏNİYYƏT

17 Dekabr 2021 | 14:09 | Müəllif: Qalib İbrahimoğlu

Erməni müğənnidən azərbaycanca PAYLAŞIM: “Dəstək olun…”

“Ermənistan və Malenanı dəstəkləyin, biz də Sona Əzizova və onun "O günlərdən biri" adlı sehrli balladasını dəstəkləyəcəyik”.

Bakıvaxtı.az xəbər verir ki. bu barədə erməni müğənni Stepan Malena özünün "Twitter" hesabında azərbaycanlılara Azərbaycan dilində müraciətində bildirib.

Fransada "Uşaqların Avroviziya Mahnı Müsabiqəsi"ndə iştirak edən Malena azərbaycanlılardan dəstək istəyib:

"Əziz azərbaycanlılar! Bir-birimizə nifrət etdiyimizi bilirəm, amma "JESC" hamımızı birləşdirməlidir! Ermənistan və Malenanı dəstəkləyin, biz də Sona Əzizova və onun "O günlərdən biri" adlı sehrli balladasını dəstəkləyəcəyik. Uğurlar, Ermənistan və Azərbaycan!",- deyə müğənni sosial şəbəkəsində bildirib.

Erməni müğənni həmçinin "#Karabakh", "#Baku" və "#Şhusha" həştəqləri ilə çıxış edib:

Qeyd edək ki, dekabrın 19-da Parisdə keçiriləcək 19-cu Uşaq Avroviziya mahnı müsabiqəsində Azərbaycanı Sona Əzizova təmsil edəcək.

O, müsabiqədə “One of Those Days” (O günlərdən biri) mahnısı ilə çıxış edəcək.

Aytac Aslan


Erməni müğənnidən azərbaycanca PAYLAŞIM: “Dəstək olun…”
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026