• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ermənilərin Şuşadan oğurladıqları xalçalarla bağlı - Nazirdən AÇIQLAMA

CƏMİYYƏT

23 Noyabr 2021 | 14:51

Ermənilərin Şuşadan oğurladıqları xalçalarla bağlı - Nazirdən AÇIQLAMA

“Ermənilərin Şuşa Muzeyindən oğurladığı eksponatların və xalçaların geri qaytarılması üçün müxtəlif beynəlxalq instansiyalar və konvensiyalar var. Ancaq təəssüflər olsun ki, orada məcburedici müddəalar yoxdur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Report"a açıqlamasında mədəniyyət naziri Anar Kərimov bildirib.

O deyib ki, beynəlxalq konvensiyalarda məsələ ilə bağlı boşluq var: “Həmin sənədlərdə beynəlxalq təşkilatların hansısa ölkədən oğurlanan eksponatları geri alması mexanizmi yoxdur. Hər bir halda bu məsələnin beynəlxalq səviyyədə qaldırılması və təbliğ olunması çox önəmlidir. Biz də bunu edirik.

Buna cavabdeh olan ən vacib təşkilat YUNESCO-dur. Orada da hər hansı bir ölkədən mədəni sərvətlərin qeyri-qanuni olaraq çıxarılmasını, mənimsənilməsini və s. halları qadağan edən konvensiya var. Biz də, Ermənistan da bu konvensiyanın üzvüyük. Bu konvensiyaya qoşulan ölkə kimi YUNESCO-da iddialarımızı ortaya qoymuşuq, həmin irsin Azərbaycana olduğunu qeyd etmişik. Bu məsələ beynəlxalq müstəvidə müzakirə olunmalıdır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026