• Bakı 14° C

    13.2 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Ermənistan Azərbaycanın tələblərindən imtina etsə... – Rəsmi İrəvan görüşlərə razılıq veməlidir

SİYASƏT

24 Aprel 2024 | 17:00

Ermənistan Azərbaycanın tələblərindən imtina etsə... – Rəsmi İrəvan görüşlərə razılıq veməlidir

Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə razılıq verib. Bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında bildirib. Dövlət başçısı qeyd edib ki, əgər Ermənistan da buna razılaşsa, XİN rəhbərlərinin növbəti görüşü Qazaxıstanda keçiriləcək.

Siyasi şərhçi Tural İrfan Bakıvaxtı.az-a deyib ki, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi üçün görüşlərin intensiv keçirilməsi faydalıdır, çünki uzaqlıq soyuqluq yaradır.

Lakin ekspert düşünür ki, bu cür görüşlər kənara daşınmadan tərəflər arasında birbaşa keçirilməsi daha faydalı olar:

"Fəqət Qazaxıstan da kənar ölkə deyil, o da bizə dost ölkədir. Həmçinin, siyasi əlaqələrimizin, iqtisadi münasibətlərin olduğu türk dövlətidir. Ermənistan Qərbdən olan təsirlər fonunda Rusiya və Türkiyədən uzaq durmağa çalışır. Ancaq Qazaxıstanla Ermənistanın da yaxın münasibətləri var. Hesab edirəm ki, Qazaxıstan görüşündə də münasibətlərdə irəliləyiş olacaq. Bu görüşlərin kənarda keçirilməsi görüşün keçirildiyi ölkənin də maraqlarını nəzərdə tutur. Ola bilsin, bu görüşlərdə gələcəkdə ortaq layihələrin həyata keçirilməsi, birgə iqtisadi münasibətlərin qurumasının da əsası qoyulsun".

Tural İrfan: Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi üçün görüşlərin intensivliyi  faydalıdır

Analitikin fikrincə, Ermənistan belə görüşlərə razılıq verməlidir:

"Başqa çarələri yoxdur və görüşlər əslində onların özləri üçün faydalıdır, həm də etibar qazandırır. Ancaq əsas görüşün olması yox, müzakirələrdə hansı qərarın qəbul edilməsi və icrası məsələsidir. Təmaslar intensiv olarsa, sərhədlərin delimitasiya və demarkasiyası və digər məsələlərdə nəticə hasil ola bilər”.

“Ermənistan Azərbaycanın qələbəsini, haqlı olduğunu qəbul etməyə, etiraf etməyə və ona uyğun addım atmağa məcburdur. Əgər Azərbaycanın tələblərindən imtina etsə, bu öz zərərinə olacaq", - deyə Tural İrfan vurğulayıb.

Aydın Baxış


SON XƏBƏRLƏR

05 May 2024
04 May 2024