• Bakı 30° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

Ermənistan əl altından müharibəyə hazırlaşır: Üzdə isə...

SİYASƏT

05 Iyul 2024 | 10:22

Ermənistan əl altından müharibəyə hazırlaşır: Üzdə isə...

Ermənistan hökuməti hərbi toplantıların keçirilməsi ilə bağlı qərar qəbul edib.

Bakıvaxtı.az-ın məlumatına görə, qərarda deyilir ki, 2024-cü il avqustun 1-dən oktyabrın 25-dək ehtiyatda olan birinci və ikinci dərəcəli hərbi qulluqçuların, gizir və zabitlərin təlim-məşq toplanışı elan edilsin. Təlimlər ehtiyatda olan hərbi qulluqçuların döyüş qabiliyyətinin yüksəldilməsi, peşə hazırlığı, ali təhsilli gizirlərdən ehtiyatda olan zabitlərin hazırlanması, döyüş növbətçiliyinə cəlb edilməsi məqsədilə keçirləcək.

Qeyd edək ki, son günlərdə Ermənistan Fransa və Hindistandan hərbi texnikalar almaqdadır. Məlumata görə, bir qrup fransız hərbçi də erməni silahlı qüvvələrinə təlim keçmək üçün Ermənistana göndəriləcək.

Ermənistandakı hərbi fəallığı Bakıvaxtı.az-a şərh edən Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov deyib ki, İrəvan hökumətinin təmsilçiləri ard-arda sülhlə bağlı bəyanatlar səsləndirsə də, digər yandan Ermənistan sülhdən kənar addımlar atır.

Ekspertin sözlərinə görə, Ermənistan ordusunun silahlanması, Fransa və Hindistandan sursatlar alınması, hərbi əməkdaşlıq sahəsində sazişlərin imzalanması, təlimlərin keçirilməsi sülhə xidmət etmir:

"ABŞ, Avropa İttifaqı və Ermənistan arasında üçlü paktın imzalanması xoş niyyətlərdən xəbər vermir. Hərbi təlim keçirənlərin açıqlaması odur ki, guya onlar erməni ordusunun peşəkarlığını artırmaq istəyirlər və s. Açıq-aşkar görünür ki, Ermənistan hökuməti sülhü sabotaj etmək istiqamətində addımlar atır. Əgər Ermənistan tərəfi həm baş nazirin, həm xarici işlər nazirinin tez-tez iddia etdikləri kimi Azərbaycanla sülh sazişini imzalamaqda maraqlı olsaydı, silahlanmanı, intensiv hərbi təlimləri həyata keçirməzdilər".

Samir Hümbətov: Hərbi təlim keçirənlərin açıqlaması odur ki, guya erməni ordusunun peşəkarlığını artırmaq istəyirlər

Politoloq hesab edi rki, əgər söhbət ordunun döyüş qabiliyyətinin, yaxud peşəkarlığının artırılmasından gedirsə, bu məsələni də sülh imzalananadək təxirə salmaq olardı:

"Ancaq Ermənistanda alınan yeni silahların istifadəsi ilə bağlı təlimlər keçirilir. Ermənistan aşkar şəkildə əl altından müharibəyə hazırlaşır. Yaxud da başqa güclər Ermənistanı müharibəyə hazırlayırlar. Sadəcə üzdə qeyri-səmimi olaraq sülhdən danışırlar. Mövcud vəziyyəti kənar qüvvələrin, o cümlədən daxildəki revanşistlərin, erməni lobbisinin təzyiqlərinin nəticəsi kimi də dəyərləndirmək olar".

Aydın Baxış


SON XƏBƏRLƏR

07 Iyul 2024
06 Iyul 2024