• Bakı 23° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Ermənistan millisi cəzalandırıldı

İDMAN

10 Oktyabr 2023 | 20:06 | Müəllif: Subhan Mahmudov

Ermənistan millisi cəzalandırıldı

UEFA futzal üzrə Ermənistan milli komandasını cəzalandırıb.

Bakıvaxtı.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna DÇ-2024-ün seçmə mərhələsinin Finlandiya ilə ev matçında Ermənistan yığmasının heyətində bu ölkənin vətəndaşı olmayan braziliyalı legionerlərin meydana çıxması səbəb olub.

Məsələni araşdıran UEFA Ermənistan seçməsinə 0:5 hesablı texniki məğlubiyyət verib.

Qeyd edək ki, sözügedən qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR