• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyə və Ermənistan viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəlib - YENİLƏNİB

DÜNYA

30 Iyul 2024 | 15:05

Türkiyə və Ermənistan viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəlib - YENİLƏNİB

Türkiyə və Ermənistanın normallaşma üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubenyan diplomatik/rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Vurğulanıb ki, onlar normallaşma prosesini heç bir ilkin şərt irəli sürülmədən davam etdirməyə razı olduqlarını təsdiqləyiblər.

Eyni zamanda xüsusi nümayəndələr əvvəlki görüşlərində razılaşdırılmış məsələləri təsdiqləyiblər.

***

14:28

Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşü artıq sərhədin Türkiyə tərəfində keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sputnik Armenia"nın müxbiri hadisə yerindən xəbər verir.

    Görüşdən əvvəl Rubinyan və Kılıç təmir edilmiş Marqara keçid məntəqəsini gəziblər.

    ***

    12:43

    Ermənistan və Türkiyə sərhədində iki ölkə arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın beşinci görüşü keçirilir.

    Bakıvaxtı.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026