• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ermənistanda ölənlərin xatirəsinə belə "ehtiram" göstərilir

CƏMİYYƏT

31 Avqust 2021 | 15:41

Ermənistanda ölənlərin xatirəsinə belə "ehtiram" göstərilir

Ermənistanda avqust 30-u günortadan sonra Yerablur hərbi panteonundan məzar daşı oğurlanıb.

Bakıvaxtı.az xəbər verir ki, naməlum şəxslər Ermənistanın milli qəhrəmanı Narek Qevorkyanın məzarını dağıdıblar. Orada olan məzar daşı, sütunlar və skamyalar sökülərək oğurlanıb. Narekin atası Roman Qevorkyan, "Yerablur"da olduqlarından bir gün əvvəl məzar daşının yerində olduğunu bildirib. Onun sözlərinə görə, vandallar hər şeyi söküb oğurlayıblar.

O bildirib ki, səhər saatlarında hökumət binasına gedərək etiraz edəcək və vandalların məsuliyyətə cəlb olunmasını tələb edəcəklər.

Qeyd edək ki, bu, ilk dəfə baş vermir. 2019-cu ildə naməlum şəxslər ölən əsgərlərin məzar daşlarına maye tökmüşdülər. Bununla əlaqədar olaraq, cadunu aradan aparmaq üçün məzar daşlarının üzərinə ərinmiş mum tökən İrəvan sakini saxlanılmışdı.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026