Ermənistanda Penitensiar Xidmətin rəhbəri ilk dəfə qadın təyin ediləcək.
Bakıvaxtı.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan sosial şəbəkələrdə məlumat verib.
O qeyd edib ki, bu vəzifəyə Tsovinar Tadevosyan təyin edilib.
T.Tadevosyan yeni təyinata qədər Penitensiar Xidmətin sosial, psixoloji və hüquqi iş şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
Penitensiar Xidmətin əvvəlki rəhbəri Ambakum Qriqoryan 2024-cü ilin dekabr ayının əvvəlində vəzifəsindən azad edilib. O, bu vəzifədə bir il çalışıb.