• Bakı 23° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Evdə tort bişirib satanlar vergiyə cəlb edilə bilər - AÇIQLAMA

CƏMİYYƏT

03 Sentyabr 2024 | 16:22

Evdə tort bişirib satanlar vergiyə cəlb edilə bilər - AÇIQLAMA

Son dövrlər ev şəraitində şirniyyat hazırlayaraq internet üzərindən satışa çıxaran sahibkarların sayı artıb. Doğum günləri, toy, nişan, hətta bayram şirniyyatlarının belə artıq onlayn sifarişlə hazırlanmasına tələbat yüksəkdir. Lakin tələbat çoxaldıqca keyfiyyətdə də problemlər özünü göstərir. Sosial şəbəkələrdə bu cür satışla məşğul olan səhifələrin sayı yüzlərlədir. Alıcılar daha çox məsələnin “ev şəraiti”, “əl işi” tərəflərinə etibar edərək mağazalarda hansı üsulla hazırlandığı bəlli olmayan şirniyyatları almaqdansa, onlayn sifarişə üstünlük verirlər. Ən çox maddi baxımdan ehtiyacı olan xanımların üz tutduqları “tort biznesi” hazırda aidiyyatı qurumların nəzarətindən kənardadır. Sosial şəbəkələrdə yazılan şikayətlərdən də məlum olur ki, hər nə qədər ev şəraitində hazırlanmış olsa da,  evin şəraitsiz olması, məhsulların normalara uyğun saxlanılmaması kimi problemlər çoxdur. Bu isə bir çox hallarda xüsusilə uşaqlar arasında zəhərlənmələrə gətirib çıxarır. 

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, evlərdə ərzaq mallarının satışı ilə bağlı AİİB-yə şikayətlər daxil olur. 

“Qida sektorunda bu sahəyə heç bir nəzarət yoxdur. Vergidən ciddi yayınma var. Sosial şəbəkələr üzərindən malları reklam edirlər, insanları aldadırlar. Bu kimi hallarda ciddi zəhərlənmələr, təxribatlar ola bilər. Problemlə üzləşən vətəndaşlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 1003 nömrəli qaynar xəttinə məlumat verməlidirlər. AQTA gəlib yoxlayıb, vəziyyəti qiymətləndirib, onlayn qida biznesi ilə məşğul olanları reyestrə daxil etməlidir. Heç bir nəzarət olmadığına görə bu sahədə böyük problem yaşanır. Təhlükəli, arzuolunmaz qidalardan, ev şəraitində hazırlanan bu cür şirniyyatlardan zəhərlənmə, xəstəliklərə yoluxma halları geniş yayıla bilər. Onlayn qida biznesi getdikcə inkişaf edir. Buna son qoyulmalıdır. AQTA sosial şəbəkələrdə şirniyyat satışı ilə məşğul olan səhifələri ciddi təqib etməlidir. Dövlət Vergi Xidməti də məsələyə nəzarət etməlidir”, - sədr bildirib. 


SON XƏBƏRLƏR

14 Sentyabr 2024