• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Evdən döyülərək qovulan qızdan XƏBƏR VAR - FOTO

CƏMİYYƏT

02 Dekabr 2023 | 12:17

Evdən döyülərək qovulan qızdan XƏBƏR VAR - FOTO

Sosial şəbəkədə 16 yaşlı qızın döyülərək evdən qovulması ilə bağlı xəbər yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Sosial Xidmətlər Agentliyindən bildirilib ki, sözügedən yeniyetmə Agentliyin müvafiq müəssisəsinin məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsinə yerləşdirilib.

"Onunla bağlı ilkin qiymətləndirmə aparılaraq, zəruri ilkin tibbi yardım həyata keçirilir. O müəssisədə reabilitasiya xidmətləri ilə əhatə olunacaq", - deyə cavabda qeyd edilib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin məsələ ilə bağlı yaydığı məlumatda qeyd edilmişdi ki, peşə məktəblərinin birində təhsil alan 2007-ci il təvəllüdlü şagirdin xəsarət alması barədə ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə məlumat daxil olub:

“Polis əməkdaşları tərəfindən araşdırma aparılan zaman məktəbliyə xəsarətin anası tərəfindən yetirildiyi müəyyən edilib. Xəsarətlə bağlı ekspertiza təyin edilib, təhqiqat araşdırmaları aparılır. Həmçinin, məsələ ilə bağlı rayon icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasına məlumat verilib”./APA


Evdən döyülərək qovulan qızdan XƏBƏR VAR - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026