• Bakı 17° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Sabaha olan HAVA PROQNOZU

CƏMİYYƏT

01 Yanvar 2024 | 12:04

Sabaha olan HAVA PROQNOZU

Yanvarın 2-də gözlənilən hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

    Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti olacaq. 

    Yanvarın 2-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi rayonlarda arabir duman olacaq.Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR