• Bakı 10° C

    8.71 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

“Əvvəllər həqiqi sevgi axtarırdım” - Nəfəs

MƏDƏNİYYƏT

01 Fevral 2024 | 13:13

“Əvvəllər həqiqi sevgi axtarırdım” - Nəfəs

“Yeni-yeni parlamağa başlayanda əks cinsdən olan insanları seçməkdə çətinlik çəkirdim”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Nəfəs Məmmədli “7 tamam” verilişində deyib.

İfaçı qeyd edib ki, hər “səni sevirəm” deyənin kəlməsində yalan axtarıb:

“Elə düşünürdüm ki, o, siz gördüyünüz Nəfəsi sevməyə, bəyənməyə başlayıb”.

O, illər ərzində həqiqi adını unutduğunu, səhnə adı ilə daha xoşbəxt olduğunu bildirib:

“Bəzən kimisə yeni tanıyanda istəyirdim ki, köhnə Nəfəsi tanısın, müğənni Nəfəsi yox. Çalışırdım ki, insanlar mənə öz adımla, “Günel” deyə müraciət etsinlər. Hətta xanımlara qarşı da belə idim. İstəmirdim mənə müğənni kimi yanaşsınlar. Həqiqi sevgi axtarırdım. Sonradan Nəfəsə alışdım və “Güneli” unutdum”.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026