• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Qar yağıb, 10 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

CƏMİYYƏT

24 Yanvar 2024 | 15:20

Qar yağıb, 10 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Yanvarın 24-ü saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, Bakıda və Abşeron yarımadasında, Qarabağ və Şərqi Zərgəzurda, Naxçıvan Muxtar Respublikasında, Gəncə-Qazax, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində qar yağır.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 2-6 dərəcə şaxta, Aran rayonlarında 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq rayonlarda 6, yüksək dağlıq ərazilərdə isə 10 dərəcəyədək şaxtadır.

Ölkə ərazisində müşahidə olunan yağıntılı və qarlı hava şəraiti axşam saatlarından tədricən kəsilsə də, şaxtalı hava şəraiti 25-i gecə və səhər saatlarınadək davam edəcək.

Bəzi yolların buz bağlayacağı ehtimalı var

***

12:17

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 24-ü saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində qarlı, şaxtalı hava şəraiti davam edir.

Xidmətdən Bakıvaxtı.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Qarabağ və Şərqi Zəngəzur, Lənkəran-Astara zonasında qar yağır, bəzi yollar buz bağlayıb.

Hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcəyədək isti, Naxçıvan MR-da 5 dərəcəyədək şaxta, Aran rayonlarında 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti , dağlıq rayonlarda 7, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxtadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR