• Bakı 26° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Fermer su qıtlığına ETİRAZ EDİR

CƏMİYYƏT

06 May 2022 | 17:23

Fermer su qıtlığına ETİRAZ EDİR

Koronavirus pandemiyası səbəbindən bütün dünyada kənd təsərrüfatı ciddi zərər vurması nəticəsində ərzaq qıtlığı və bahalaşma müşahidə olunur.

Belə bir dövrdə azərbaycanlı fermerlər əkin, örüş, otlaq və biçənək sahələrini suvarmağa su tapa bilmir. Şikayətçilərdən Füzuli rayon sakini fermer Mirmehdi Rəsuldur.

Bakıvaxtı.az xəbər verir ki, fermer M.Rəsul sosial şəbəkədə ona məxsus kənd təsərrüfat sahəsinin susuzluq problemi səbəbindən məhv olma təhlükəsinin olduğunu iddia edib.  

“Mən Haramı düzündə dövlətdən icarəyə götürdüyüm 40 hektar torpaq sahəsində 20 ildən artıqdır heyvandarlıqla məşğulam. Hazırda təsərrüfatımda 300 baş qoyun-keçi var. Otlaq ərazim 4 tərəfdən digər sahibkar torpaqları ilə əhatə olunub. Su mənbələrinə çıxışım yoxdur”, - deyə fermer bildirib.

Onun sözlərinə görə, hər gün sahəyə su sifaiş verək məcburiyətindədir: “Bunun üçün traktor sürücüsünə 50 manat ödəniş edirəm. Dəfələrlə müvafiq icra hakimiyyəti qurumlarına müraciət etsəm də, nəticə olmayıb. Bu təsərrüfat ailə təsərrüfatıdır. Burada mənim ailəmdən başqa daha iki ailə evinə çörək aparır”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026