• Bakı 19° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Fəxri adlara görə aylıq təqaüd artırıldı

CƏMİYYƏT

20 Dekabr 2021 | 10:27 | Müəllif: Qalib İbrahimoğlu

Fəxri adlara görə aylıq təqaüd artırıldı

Prezident İlham Əliyev “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, Sərəncama əsasən  “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 609, № 11, maddə 1013; 2007, № 4, maddə 361; 2013, № 8, maddə 975, № 11, maddə 1454; 2018, № 2, maddə 311; 2020, № 5, maddə 570) 1-ci hissəsinin birinci abzasında “150” rəqəmləri “180” rəqəmləri ilə, “100” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilib.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 Bu Sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026