• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

FHN-dən minatəmizləmə əməliyyatı ilə bağlı AÇIQLAMA

CƏMİYYƏT

06 Dekabr 2021 | 23:39 | Müəllif: Subhan Mahmudov

FHN-dən minatəmizləmə əməliyyatı ilə bağlı AÇIQLAMA

Hazırda işğaldan azad olunmuş Ağdam rayonu ərazisində bizə təhkim olunmuş sahədə minalardan və partlamamış hərbi sursatların tam təmizlənməsi tapşırığını yerinə yetiririk. Əməkdaşlarımız bu çətin işin məsuliyyətini və əhəmiyyətini tam dərk edərək bu əməliyyatları yüksək dəqiqliklə həyata keçirirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə alayının taqım komandiri, baş leytenant Səbuhi Sarıyev Ağdam rayonu ərazisində həyata keçirilən minatəmizləmə əməliyyatları ilə bağlı Azərtac-a müsahibəsində deyib.

Bu mühüm tapşırığın yerinə yetirilməsi üçün var gücləri ilə çalışdıqlarını vurğulayan S.Sarıyev qeyd edib:

“Şəxsi heyət verilən tapşırıqları nizam-intizam və təhlükəsizlik qaydalarına ciddi riayət edərək həyata keçirir. Şəxsi heyət hər hansı partlamamış sursat və mina tapdıqda dərhal komandirə məruzə edir. Biz də aidiyyəti qurumları dərhal məlumatlandırırıq. Əsas tapşırıq otuz ilə yaxın davam edən işğaldan azad olunan doğma torpaqlarımızın mina və partlamamış sursatdan ən qısa zamanda tam təmizlənərək təhvil verilməsidir. Bu istiqamətdə əməliyyatlar uğurla davam etdirilir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026