• Bakı 25° C

    0.83 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

FİFA bu yazıya görə protokolu dəyişdirdi

İDMAN

16 Iyun 2026 | 16:17

FİFA bu yazıya görə protokolu dəyişdirdi

Futbol üzrə Dünya Çempionatının H qrupunda keçirilən və 1:1 hesabı ilə başa çatan Səudiyyə Ərəbistanı - Uruqvay matçından əvvəl maraqlı hadisə yaşanıb.

Bakıvaxtı.az Savashmedia.az-a istinadla xəbər verir ki, FIFA-nın ənənəvi protokoluna uyğun olaraq milli bayraqların meydançaya sərilməsi əvəzinə, bu dəfə bayraqlar könüllülər tərəfindən əllərdə saxlanılıb.

Buna səbəb Səudiyyə Ərəbistanının bayrağında yer alan kəlmeyi-şəhadət ("Allahdan başqa Allah yoxdur, Məhəmməd onun rəsuludur") ifadəsinin yerə qoyulmasına etiraz edilməsi olub.

Səudiyyə Ərəbistanı uzun illərdir dini məzmun daşıyan bayrağının yerə toxunmasına və ya hörmətsiz hesab edilə biləcək formada istifadəsinə qarşı çıxır. Bu səbəbdən beynəlxalq tədbirlərdə ölkənin bayrağı ilə bağlı xüsusi yanaşmaların tətbiq olunduğu hallar yaşanıb.

FIFA hadisə ilə bağlı rəsmi açıqlama verməsə də, görüntülər futbol ictimaiyyətində müzakirələrə səbəb olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR